06.09.2025 08:29

"6-cı Yerli Şirkətlərin Tanıtım" Sərgisi

Ayazoghlu Academy olaraq, elektrik mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrimizlə birgə 19.06.2025 tarixində “6-cı Yerli Şirkətlərin Tanıtım Sərgisini” ziyarət etdik. Tədbir çərçivəsində tələbələrimiz, həmçinin öz sahələrində peşəkar mütəxəssislərlə birbaşa ünsiyyət quraraq real iş mühitini yaxından tanıma imkanı qazandılar.

Sərgi zamanı dəyərli müəllimimiz, Elektrik mühəndisi Elmir Sultanov bəyin təmsil etdiyi Tarsa Group şirkətinin rəhbərliyi ilə tələbələr arasında elektrik mühəndisliyi sahəsindəki fəaliyyətlər və gələcək əməkdaşlıq imkanları barədə faydalı müzakirələr aparıldı. Bu ünsiyyət tələbələrə sahədəki aktual praktik yanaşmaları öyrənmək, real iş proseslərini görmək və öz bacarıqlarını tətbiq etmək üçün dəyərli fürsət yaratdı.

Ayazoghlu Academy olaraq, gənc mühəndislərin praktiki bilik və bacarıqlarını artırmaq, onları real iş mühitinə hazırlamaq və sahə üzrə peşəkarlarla birbaşa əlaqə qurmaq imkanları yaratmaq bizim üçün prioritetdir. Bu cür təşəbbüslərin davamlı olmasına böyük önəm veririk və tələbələrimizin gələcək karyeralarında uğurlar əldə etmələrini arzulayırıq.