01.05.2025-ci il tarixində Ayazoghlu Academy Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən karyera sərgisində iştirak etmişdir.
Ayazoghlu Academy olaraq, gənc mütəxəssislərin inkişafı və gələcək karyera istiqamətlərində dəstək göstərmək bizim üçün ən önəmli missiyalardan biridir. Bu baxımdan, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən karyera sərgisi tələbələrlə birbaşa ünsiyyət qurmaq, onların peşəkar inkişafına töhfə vermək və təcrübəmizi bölüşmək üçün dəyərli bir imkan yaratdı.
Sərgi çərçivəsində tələbələrə həm memarlıq, həm də mühəndislik sahələrində mövcud tədris imkanlarımız, təcrübə proqramlarımız və Ayazoghlu Academy-də gələcək karyera perspektivləri barədə ətraflı məlumat təqdim olundu. Gənclərin marağı və aktiv iştirakı bizim üçün xüsusi önəm daşıyır, çünki onların hər biri gələcəyin peşəkar memarları və mühəndisləridir.
Ayazoghlu Academy rəhbərliyi olaraq, dəvət üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin kollektivinə və şəxsən Khanlar Ganiyev bəyə dərin təşəkkürümüzü bildiririk. Tələbələrlə gələcək yönümlü addımlar atmaq və onların inkişafına dəstək olmaq hər zaman fəaliyyətimizin əsas prioritetlərindən biri olmuşdur.