05 mart 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzi tərəfindən təşkil olunan Peşəkar Spikerlər Seriyası (PSS) çərçivəsində Ayazoghlu Academy iki mühüm təlimlə çıxış etdi. Tədbir universitetin elektrik və elektronika mühəndisliyi ixtisası üzrə tələbələri və müəllim heyətinin fəal iştirakı ilə həyata keçirildi.
Bu çərçivədə təqdim olunan təlimlər:
“Elektrik Layihələrinin Gizli Kodları” – təqdimatçı Elmir Sultanov
“Dövrə Dizaynı: İdeyadan Reallığa” – təqdimatçı Coşqun Kərimli
Hər iki təlim iştirakçılara həm nəzəri, həm də praktiki biliklər qazandırmaq baxımından böyük əhəmiyyət kəsb etdi. Təlim zamanı tələbələr elektrik və elektronika mühəndisliyində ən son yanaşmalar, layihələndirmə prinsipləri və real iş proseslərində tətbiq edilə biləcək faydalı nüanslarla tanış oldular. Müəllim heyətinin iştirakı isə mövzuların daha dərindən müzakirəsinə imkan yaratdı və tədbiri elmi-praktik baxımdan daha da zənginləşdirdi.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olundu və Ayazoghlu Academy-nin müxtəlif dərs paketlərinə xüsusi endirimlər elan edildi. Bu təşəbbüs tələbələrin gələcək peşəkar inkişafına əlavə dəstək olmaqla yanaşı, onların real iş mühitinə daha hazırlıqlı şəkildə daxil olmalarına imkan yaradır.
Ayazoghlu Academy olaraq, bu fürsəti yaratdıqları üçün Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinə dərin təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, bu əməkdaşlıq gənclərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayacaq və gələcəkdə daha uğurlu layihələr üçün möhkəm təməl formalaşdıracaq.