07.10.2025 14:37

“Layihə Planlamasında Effektiv Yanaşmalar” AzMİU SABAH qrupları

7 oktyabr 2025-ci il tarixində Ayazoghlu Academy tərəfindən növbəti uğurlu təlim həyata keçirildi. Bu dəfəki təlim “Layihə Planlamasında Effektiv Yanaşmalar” mövzusuna həsr olunmuşdu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qruplarının və İnşaat fakültəsinin inşaat mühəndisliyi tələbələrinin iştirakı ilə keçirildi.

Təlimi akademiyamızın müəllimi və peşəkar mütəxəssis Seylan Dəmirov təqdim etdi.

İnteraktiv şəkildə təşkil olunan təlim zamanı iştirakçılar inşaat layihələrində planlama prosesinin vacib mərhələləri ilə tanış oldular. Təlim çərçivəsində:

  • layihə planlamasında effektiv yanaşmalar,

  • qarşıya çıxan tipik çətinliklər və onların həlli yolları,

  • layihələrin vaxtında və keyfiyyətli icrasına yönəlmiş metodlar ətraflı şəkildə izah edildi.

Mövzunun həm nəzəri, həm də praktiki tərəflərinin təqdim edilməsi tələbələrə gələcək karyeralarında tətbiq edə biləcəkləri dəyərli biliklər qazandırdı. Təlim prosesində tələbələr suallar vermək, fikir mübadiləsi aparmaq və real layihə nümunələri üzərində müzakirələr aparmaq imkanı əldə etdilər. Bu isə onların mövzunu daha dərindən qavramasına və biliklərini praktik baxımdan möhkəmləndirməsinə şərait yaratdı.

Tədbirin sonunda təlimdə fəallıq göstərən tələbələr sertifikatlarla təltif olundular. Bu, onların bilik və bacarıqlarının rəsmi şəkildə təsdiqi olmaqla yanaşı, gələcək peşəkar fəaliyyətlərində əlavə üstünlük qazandıracaq.

Ayazoghlu Academy olaraq inanırıq ki, bu kimi təlimlər gənc mütəxəssislərin peşəkar inkişafında mühüm rol oynayır.
“Layihə Planlamasında Effektiv Yanaşmalar” mövzusunda keçirilən tədbir tələbələrin nəzəri biliklərini praktik mühitdə möhkəmləndirməsi və real iş həyatı üçün daha hazırlıqlı olmaları istiqamətində atılmış mühüm addım oldu.