30.01.2026 13:16

"Mənzil" Praktiki Sahə Təlimi 2

9 yanvar 2026-cı il tarixində Ayazoghlu Academy tərəfindən tələbələr üçün mənzil daxili layihə əsasında təşkil olunmuş sahə yönümlü praktiki təlim həyata keçirildi. Təlimin məqsədi tələbələrin akademiyada əldə etdikləri interyer dizayn üzrə nəzəri bilikləri real yaşayış məkanı üzərində tətbiq etmələrinə imkan yaratmaq və onları peşəkar layihə prosesinə daha yaxından hazırlamaq idi.

Ayazoghlu Academy olaraq hesab edirik ki, interyer dizaynda peşəkar yanaşma yalnız dərs mühitində deyil, real yaşayış məkanlarında aparılan praktiki işlər vasitəsilə formalaşır. Bu səbəbdən təşkil olunan sahə təlimi tələbələrə mənzil daxili layihənin planlaşdırma və icra mərhələlərini yerində öyrənmək imkanı verdi.

Təlim çərçivəsində iştirakçılar:

  • mənzil planlarının düzgün oxunma qaydaları ilə tanış oldular,

  • otaqların funksional bölgüsünü sahə üzərində analiz etdilər,

  • ölçü götürmə və texniki qeydlərin aparılmasını praktiki şəkildə icra etdilər,

  • interyer dizaynın sahədə tətbiq prosesini yaxından izlədilər,

  • real yaşayış məkanı üzərindən peşəkar yanaşma tərzini formalaşdırdılar.

Praktiki təlim akademiyamızın dizayn üzrə müəlliməsi Nigar NovruzzadəAyazoghlu Academy-nin rəhbəri Rəvan Ayazoğlu tərəfindən aparıldı. Təlimçilər mənzil daxili layihələrdə diqqət yetirilməli olan funksionallıq, ergonomika və estetik balansla bağlı öz təcrübələrini tələbələrlə bölüşdülər və real nümunələr əsasında izahlar verdilər.

Təlim müddətində tələbələr yaşayış məkanında dizayn qərarlarının necə formalaşdığını, material seçimi və ölçülərin layihəyə təsirini birbaşa müşahidə etdilər. Bu isə onların gələcəkdə fərdi mənzil layihələrində daha düzgün və peşəkar yanaşma sərgiləmələrinə əhəmiyyətli töhfə verdi.

Belə real mənzil daxili layihələr üzərindən keçirilən praktiki təlimlər tələbələrin peşəkar inkişafında mühüm rol oynayır. Bu təlimlər sayəsində tələbələr nəzəri biliklərini real iş mühitində tətbiq edərək gələcək karyeralarına daha inamlı və hazırlıqlı şəkildə addımlayırlar. Ayazoghlu Academy olaraq tələbələrimizin inkişaf yolunda daim yanlarında olmaqdan qürur duyuruq.