Ayazoghlu Academy olaraq təşkil etdiyimiz “Moodboard İstifadə Prinsipləri” mövzusunda keçirilən vebinar uğurla başa çatdı. Bu tədbir iştirakçılar üçün həm nəzəri, həm də praktik biliklərin qazanılması baxımından mühüm bir platforma oldu.
Vebinarda tələbələr və gənc mütəxəssislər dizayn prosesində moodboard-un əhəmiyyəti, onun düzgün hazırlanması və layihələrdə effektiv istifadəsi barədə faydalı məlumatlarla tanış oldular. İştirakçıların fəallığı, ünvanladıqları maraqlı suallar və müzakirələr tədbiri daha da zənginləşdirdi. Bu da bir daha göstərdi ki, gənclər dizayn və memarlıq sahəsində öz inkişaflarına böyük maraq göstərirlər.
Xüsusi təşəkkürümüz peşəkar memar və dizayner, tədbirin təlimçisi Nigar Novruzzadə-yədir. Onun peşəkar yanaşması, dərin bilikləri və ilhamverici çıxışı sayəsində vebinar iştirakçıları mövzuya daha geniş prizmadan baxmaq imkanı qazandılar. Təlim müddətində təqdim edilən praktiki nümunələr və məsləhətlər gələcək layihələrdə tətbiq oluna biləcək real təcrübələrlə zəngin idi.
Ayazoghlu Academy olaraq, bu kimi tədbirlərlə tələbələrin və dizayn sahəsinə maraq göstərən hər kəsin peşəkar inkişafına dəstək göstərməkdən böyük qürur duyuruq. Qarşıdakı dövrdə də maraqlı mövzular ətrafında vebinar və seminarlarımız davam edəcək.