26.05.2025-ci il tarixində Ayazoghlu Academy Sumqayıt Dövlət Universitetində keçirilən Karyera Sərgisində iştirak etmişdir.
Bu tədbir gənc və istedadlı tələbələrlə görüşmək, onlarla bilik və təcrübə mübadiləsi aparmaq üçün mühüm bir platforma oldu. Ayazoghlu Academy komandası olaraq tələbələrə təqdim etdiyimiz təhsil və karyera imkanları böyük maraqla qarşılandı.
Sərgi müddətində memarlıq, dizayn və mühəndislik sahələrində karyera qurmaq istəyən tələbələrə xüsusi olaraq hazırladığımız kurs proqramları barədə ətraflı məlumat verildi. Tələbələrin fəal iştirakı, maraqlı sualları və gələcək planları bizim üçün olduqca dəyərli idi. Bu, bir daha göstərdi ki, ölkəmizin gələcəyi üçün bacarıqlı və yaradıcı gənclərin yetişməsi istiqamətində atılan addımlar nə qədər vacibdir.
Ayazoghlu Academy olaraq, bizimlə tanış olan bütün tələbələrə təşəkkür edirik. Onların inkişafına töhfə vermək və gələcək karyera yollarında dəstək olmaq bizim üçün hər zaman əsas məqsədlərdən biridir.
Eyni zamanda, bu tədbirin təşkilinə verdiyi dəyərli dəstəyə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə və Karyera Mərkəzinə səmimi minnətdarlığımızı bildiririk.