05.09.2025 15:07

"Selenium Residence" Praktiki Sahə təlimi

13 aprel 2025-ci il tarixində Ayazoghlu Academy tələbələri üçün xüsusi sahə yönümlü praktiki təlim təşkil etdi. Təlimin əsas məqsədi tələbələrin akademiyada öyrəndikləri nəzəri bilikləri real iş mühitində tətbiq etməsi və onların peşəkar bacarıqlarının inkişafına şərait yaratmaq idi.

Akademiya olaraq inanırıq ki, peşəkar inkişaf yalnız sinif otaqlarında deyil, həm də sahədə qazanılan təcrübə ilə formalaşır. Bu məqsədlə təşkil olunan praktiki təlim tələbələrə:

  • real layihə mühitində iştirak etmək,

  • plan oxumaq,

  • ölçü götürmə bacarıqlarını sınamaq,

  • sahədə iş prinsiplərini daha yaxşı anlamaq,

  • kollektiv iş vərdişlərini inkişaf etdirmək imkanı yaratdı.

Bu proses tələbələrin gələcək karyeralarında rastlaşacaqları real situasiyalara daha hazırlıqlı olmalarına və biliklərini praktik mühitdə tətbiq etmə bacarıqlarına böyük töhfə verdi.

Təlim prosesinə akademiyamızın dizayn üzrə müəlliməsi Nigar Novruzzadə, sahə rəhbəri və təcrübəli dizayner Sevinc Alməmmədova, eləcə də Ayazoghlu Academy-nin rəhbəri Ravan Ayazoğlu rəhbərlik etdilər. Təlimçilər öz uzunillik təcrübələrini tələbələrlə bölüşərək müxtəlif praktiki nümunələr əsasında izahlar verdilər və onların suallarını cavablandırdılar.

İştirakçılar təlim müddətində:

  • planların düzgün oxunması qaydalarını öyrəndilər,

  • ölçü götürmə bacarıqlarını praktiki olaraq sınaqdan keçirdilər,

  • real sahədə dizaynın tətbiqi prosesini izlədilər,

  • müəllim və sahə rəhbərlərinin yönləndirmələri ilə peşəkar yanaşma tərzini formalaşdırdılar.

Beləliklə, tələbələr nəzəri biliklərinin praktik mühitdə necə işlədiyini yaxından görmək imkanı qazandılar. Bu isə onların peşəkar inkişafına mühüm dəstək oldu.

Ayazoghlu Academy olaraq, bu təlimin yüksək səviyyədə keçirilməsində göstərdiyi dəstəyə görə sahə rəhbəri Sevinc Alməmmədova xanıma xüsusi təşəkkürümüzü bildiririk. Onun sahədəki peşəkar təcrübəsi və tələbələrə olan yanaşması təlimin effektivliyini daha da artırdı.

Bu cür sahə yönümlü praktiki təlimlər tələbələrin inkişafında mühüm rol oynayır. Onlar yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də real iş mühitində praktik bacarıqlar qazanaraq gələcək karyeralarına daha güclü və inamlı addımlarla başlayırlar. Ayazoghlu Academy olaraq tələbələrimizin daim yanında olmaqdan və onların peşəkar inkişaf yolunda dəstək göstərməkdən qürur duyuruq.