Ayazoghlu Academy hansı istiqamətlər üzrə tədris keçir?
Akademiyamız memarlıq, interyer və eksteryer dizaynı, mühəndislik proqramları, qrafik dizayn, ofis proqramları və bir çox digər peşəkar kurslar üzrə tədris aparır.
Dərslər necə keçirilir?
Dərslər nəzəri + praktiki formada təşkil olunur. Hər bir tələbə kurs müddətində real layihələr üzərində işləyərək portfolio yaradır.
Tədris hansı dildə aparılır?
Dərslər əsasən Azərbaycan dilində keçirilir.
Akademiyada diplom verilir?
Bəli, kursu uğurla tamamlayan tələbələrə Ayazoghlu Academy tərəfindən rəsmi diplom təqdim olunur.
Tədris kimlər tərəfindən aparılır?
Müəllimlərimiz sahə üzrə peşəkar mütəxəssislərdir və hər biri real layihələrdə iş təcrübəsinə malikdir.
Tədris online olur, yoxsa ofisdə?
Həm akademiyanın ofisində əyani dərslər, həm də onlayn formatda dərslər təşkil olunur.
Kurslara necə yazıla bilərəm?
Onlayn qeydiyyat formasını dolduraraq və ya birbaşa ofisimizə yaxınlaşaraq qeydiyyatdan keçə bilərsiniz.
Yaş məhdudiyyəti varmı?
6 yaşdan yuxarı hər kəs kurslara qatıla bilər.
Təcrübəsiz şəxslər kursa qəbul olunurmu?
Bəli, kurslarımız həm yeni başlayanlar, həm də peşəkar səviyyəsini artırmaq istəyənlər üçün uyğundur.
Kursların qiyməti necə müəyyən olunur?
Qiymətlər kursun istiqaməti və müddətindən asılı olaraq dəyişir. Ətraflı məlumat üçün bizə yaza bilərsiniz.
Ödənişi aylıq etmək olar?
Bəli, tələbələr üçün hissə-hissə ödəniş imkanı mövcuddur.
Endirimlər varmı?
Erkən qeydiyyatdan keçənlər və tələbə qrupları üçün xüsusi endirim kampaniyaları tətbiq olunur.