- Ad və Soyad
- Nazim Azamatov
- Fəaliyyət sahəsi
- PD&MS Group şirkətində Konstruktor
- Bio
-
Mən, Nazim Azamatov, inşaat mühəndisliyi üzrə ixtisaslaşmış Konstruktor və tədrisçi kimi fəaliyyət göstərirəm. Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almış, İnşaat mühəndisliyi üzrə bakalavr və Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması üzrə magistr dərəcələrini tamamlamışam.
Hazırda PD&MS Group şirkətində Konstruktor olaraq çalışıram. Burada əsas fəaliyyət sahəm polad konstruksiyaların layihələndirilməsi, dayanıqlığının yoxlanılması və texniki hesabatların hazırlanmasıdır. İş təcrübəm bolt qrup birləşmələrinin hesablanması, flanş sıxılmalarının yoxlanması, qaynaq birləşmələrinin inspeksiyası və müxtəlif dayaq hesablamalarının aparılmasını əhatə edir.
Əvvəlki illərdə Hydrotrans Engineering, PMD Projects, Global Interiors Group və Holcim Azerbaijan şirkətlərində fəaliyyət göstərmişəm. Bu müddətdə həm layihələrin hazırlanması və icrasında, həm də sənədləşmə işlərində (MAR, NFI, Method Statement və s.) geniş təcrübə toplamışam.
Texniki bacarıqlarım:
Proqram təminatı: AutoCAD, STAD Pro, SAP2000, ETABS, IdeaStatica, Mathcad
İxtisaslaşma sahələri: Beton və metal konstruksiyaların layihələndirilməsi, layihə planlaşdırılması, texniki hesabat və hesablamaların hazırlanması
Dil bilikləri: Azərbaycan dili (C1), Türk dili (C1), Rus dili (C1), İngilis dili (B2)
Müəllimlik fəaliyyətimdə əsas məqsədim tələbələrə yalnız nəzəri bilikləri deyil, həm də beynəlxalq layihələrdə əldə etdiyim praktiki təcrübəni ötürməkdir. Tədrisdə izahları sadə, anlaşılan və sistemli formada təqdim edərək, gələcək mütəxəssislərin real layihələrdə tətbiq edə biləcəkləri peşəkar bacarıqlara yiyələnməsinə dəstək göstərirəm.
- Kurs
- AutoCAD İnşaat, SAP2000