- Ad və Soyad
- Seylan Dəmirov
- Fəaliyyət sahəsi
- “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi
- Bio
-
Seylan Dəmirov inşaat və sənaye planlaması sahəsində 5 ilə yaxın peşəkar təcrübəyə malikdir. Bu müddət ərzində o, 28 layihənin planlaşdırılması və icrasında uğurla iştirak etmişdir.
O, layihə idarəçiliyi və planlama proseslərində MS Project, Primavera, Power BI və Excel proqramlarından peşəkar şəkildə istifadə edir. Bundan əlavə, Primavera üzrə beynəlxalq sertifikata sahibdir.
Seylan Dəmirov təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində almışdır. O, “Mühəndis qurğularının tikintisi mühəndisliyi” ixtisası üzrə ali təhsilli mütəxəssisdir. Mütəxəssisimiz işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və inkişaf proseslərində də aktiv iştirak edir. O, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında bərpa, tikinti və idarəetmə üzrə publik hüquqi şəxs çərçivəsində layihələrin icrasında çalışaraq mühüm təcrübə qazanmışdır. Bu fəaliyyət, həm genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə, həm də bölgələrin sosial-iqtisadi inkişafına töhfə verməyə yönəlmişdir.
Peşəkar yanaşması və praktiki bilikləri ilə o, tələbələrinə və komandalarına layihə planlaşdırılması, idarə olunması və səmərəliliyin artırılması sahəsində dəyərli təcrübə qazandırır. - Kurs
- Planlama Mühəndisliyi, Power BI, MS Projects, Primavera P6