Teacher image
Ad və Soyad
Xədicə Hüseynova
Fəaliyyət sahəsi
İnteryer Dizayner / Rəssam
Bio
Hüseynova Xədicə Ramil qızı, O, 14 ildən artıqdır ki, rəssamlıqla məşğuldur və bu müddət ərzində dekorativ tətbiqi incəsənətin müxtəlif növlərini – string art, kvilling, daş üzərində rəsm, papemaşa və digər sahələri öyrənmişdir. Son 3 ildən çoxdur ki, Akademik Rəssamlıqla peşəkar şəkildə məşğul olur. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn fakültəsində, İnteryer Dizayn ixtisası üzrə təhsil alır. Paralel olaraq, iki fərqli tədris mərkəzində Akademik və Həvəskar rəsm dərsləri tədris edir. Onun tələbələrinin bir çoxu artıq universitetlərdə təhsilini davam etdirir. Xədicə Hüseynova dərslərində tələbələrinə həm nəzəri, həm də praktiki bilikləri aşılayır, onların yaradıcılıq potensialını üzə çıxarmağa çalışır. O, incəsənət və dizayn sahəsindəki təcrübəsini paylaşaraq tələbələrinin gələcək peşəkar inkişafına dəstək olur.
Kurs
Akademik Rəssamlıq, Uşaqlar üçün Memarlıq